ABŞ-ın raketdən müdafiə sistemi nə Rusiya, nə də Çinin nüvə hücumuna tab gətirəcək
Amerika raketdən müdafiə sisteminin nə Çindən, nə də Rusiyadan nüvə raket zərbəsinə tab gətirmək şansı yoxdur.
Bu barədə “Forbes”in köşə yazarı David Eks yazıb.
O, ABŞ-ın Şimali Koreya və İranın kiçik miqyaslı nüvə hücumlarına qarşı çıxmaq üçün Alyaska, Kaliforniya və Şərqi Avropada raketdən müdafiə sistemlərini yerləşdirdiyini vurğulayıb.
“Ancaq bu müdafiə vasitələri yüzlərlə Çin nüvə başlıqlarından və ya Rusiyadan tam miqyaslı nüvə hücumunu dayandırmaq üçün kifayət deyil”, - deyə nəşr bildirib.
Nəşrdə Pekinin ABŞ-ın təhlükəsizlik strategiyası üçün böyük əhəmiyyət kəsb etməli olan “qismən orbital bombardman” sisteminə sahib olduğu qeyd edilib. Eks bildirir ki, ABŞ-ın köhnə raketdən müdafiə sisteminin bu cür hücumlara tab gətirmə ehtimalı daha aşağıdır.