Ağ Ev Kennedi sui-qəsdi ilə bağlı sənədləri yayacağı tarixi açıqladı

Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bir sıra çətinliklər sənədlərin redaktə müddətini uzadıb. Buna görə də sənədlərin bir qismi dekabrın 15-də, digərləri isə bir il ərzində yayımlanmağa hazır vəziyyətə gətiriləcək.
Xatırladaq ki, Con Kennedi 54 il əvvəl, 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində öldürülüb./Haber Global
Oxunub: 113
Xəbəri paylaş
Paylaş:




















