Ermənilər Kəlbəcərdə “qədim” xaç abidələri “tapmaq”da davam edir...-
FOTO
10 noyabr 2020-ci il razılaşmasına əsasən Kəlbəcər rayonunun 23 kəndi faktiki olaraq hələ də Ermənistanın işğalı altında qalıb...
Azərbaycan Respublikası Kəlbəcər rayonunun 44 günlük müzəffər savaşımızdakı qələbəmizə rəğmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalan ərazisində guya növbəti “qədim” erməni xaç abidəsinin- xaçkarının qalıqları aşkarlanıb.
Bu haqda məlumat və foto “Artsakh Monuments” (“Artsax abidələri”) “Facebook” səhifəsində paylaşılıb.
“Erməni xaçkarı”nın Kəlbəcər rayonunun “Hetavan” adlandırılan Qozlukörpü və Çərəktar kəndləri arasındakı “Çxporut” adlandırılan yerdə “tapıldığı” bildirilir.
Xatırladaq ki, oktyabrın 13-də Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanımız qanunsuz erməni silahlı dəstələri tərəfindən məhz deyilən Qozlukörpü və Çərəktar kəndləri arasında atəşə tutulub...
Qeyd edək ki, 2020-ci il noyabrında Kəlbəcər rayonu azad edildikdən sonra rayon ərazisində saxta “erməni abidələri”nin hazırlandığı sex aşkarlanmışdı...
Onu da xatırladaq ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Kəlbəcər rayonunun 23 kəndi (1992-ci ilədək keçmiş Ağdərə rayonuna aid olub): Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Heyvalı(“Drombon”), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zərdəxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri faktiki olaraq hələ də Ermənistanın işğalı altında qalıb./moderator.az