"MTN-nə giriş var, çıxış yoxdur’’ deyən Yasin Məmmədov iş adamının 300 minini necə alıb?-
SENSASİYA
Məlum olduğu kimi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və onun tabeçiliyində çalışmış Yasin Məmmədov və qeyrilərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstənin bu üzvlərininin İttiham Aktını əldə edib.
Qeyd edək ki, cinayət məsuliyyətinə cəlb olunanlar arasında MSK sədrinin sabiq muavini Natiq Məmmədovun MTN-də şöbə rəisi işləmiş qardaşı Yasin Məmmədov da var.
Başına gələnlər hazırda həbsdə olan məşhur MTN zabiti Füzuli Əliyevin telefonla zəngi ilə başlayır.
Özünün dostları ilə danışdığı bütün söhbətləri MTN-də üzünə oxuyurlar və sonda hədə-qorxu ilə ondan 100 min ABŞ dolları tələb edilir.
Lakin bir neçə gün ərzində bu vəsaiti toplaya bilməyən Rauf yenidən MTN-nə aparılır.
Qarşıdakı məhkəmə prosesində bu epizod üzrə məhkəmə araşdırması aparılacaq.