“Vatikansız Roma, Eyfelsiz Paris kimi...”- Avropa İttifaqı Merkeli alqışlarla təqaüdə göndərdi

16 il Almaniya kansleri vəzifəsində fəaliyyət göstərdikdən sonra Angela Merkel Avropa siyasi səhnəsini tərk edir. Merkelin, çox güman ki, sonuncu dəfə qatılıdığı Aİ-nin 107-ci sammitində Avropa liderləri onunla kiçik bir vida mərasimi keçiriblər. Onun həmkarları yekdill fakir səsləndirib: kansler geridə “əvəzolunmaz boşluq” buraxacaq.
Bu barədə Almaniyznın “Frankfurter Allgemeine” qəzeti yazır.
Lotar Matteus Almaniya millisində 150 oyun keçirib. Miroslav Kloze bundestimdə 71 qol vurub. Bəs Angela Merkel? Onun hesabında ən azı bir neçə futbol matçına bərabər 107 sammit var.
“Vurduğu qollar” heç bir statistikaya daxil edilmir. Ancaq cümə günü Brüsseldə onun üçün böyük ehtimalla sonuncu zirvə toplantısında Merkelin həmkarları yekdill fikirdə idilər: kansler özündən sonra “əvəzolunmaz bir boşluq” buraxır.
“Frankfurter Allgemeine” yazır ki, Aİ sədri Şarl Mişel Merkelə hörmətini belə bildirib: “Angelasız Avropa İttifaqı Vatikansız Roma və ya Eyfelsiz Paris kimidir”.
Merkelin şan-şöhrət və sürprizləri sevmədiyini bilən Mişel kanslerdən bu dəfə iltifat istəyib: “Avropa səhnəsi ilə vidalaşmağınız siyasi baxımdan bizə toxunduğu kimi, eyni zamanda bizi duyğularla doldurur”.
O, Belçikanın baş naziri olarkən Merkellə ilk görüşünü xatırladıb: “Merkel hər bir detalla - hətta koalisiya sazişinin təfərrüatları və Belçika institutlarının strukturu ilə də maraqlanırdı”. Eyni zamanda Mişel qeyd edib ki, Belçika federalizmi alman federalizmindən qat-qat mürəkkəbdir.
Mişel Merkelin ayıq düşüncəli və sadə olduğunu deyib: “Bu, cazibədarlığın güclü silaıhdır. Merkel Avropa layihəmizin kompası və parlaq işığıdır”. O, hədiyyə olaraq Merkelə Avropa Şurasının iclaslarının keçirildiyi “Avropa” binasının bədii görüntüsünün şəklini bağışlayıb.
Lüksemburqun baş naziri Ksavye Bettel də Merkelin fəaliyyətini yüksək qiymətləndirib: “Xanım Merkel bir növ kompromislər maşınıdır. Mən sizin üçün darıxacağam, Avropa sizin üçün darıxacaq”.
Avstriyanın federal kansleri Aleksandr Şallenberq hökumət başçısı kimi ilk sammitində iştirak edib. O, Merkeli “sakitlik vahəsi” adlandırıb. Belçikanın baş naziri Aleksandr de Kro 2015-ci ilin miqrasiya böhranında Merkelin rolunu xatırladıb: “O, 16 ildə Avropanı formalaşdıran və çətin anlarda düzgün və humanist qərarlar qəbul etməyimizə kömək edən biridir”.
Barak Obama da videomüraciət göndərərək Merkelə ehtiramını bildirib. O, həmçinin Merkelin təvazökarlığını vurğulayaraq onun “mənəvi kompas” olduğunu qeyd edib. ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, Merkel diqqət mərkəzində olmaqdansa, Avropa Şurasında birgə işləməyə üstünlük verir: “Az sayda siyasi lider öz prinsiplərini dar maraqlarından üstün tutur. O, bir çox insanlar - qızlar və oğlanlar, kişilər və qadınlar üçün çətin anlarda nümunə olubdur. Və mən də onlardan biriyəm”.
Özünün, çox güman ki, son sammitində (ehtimal olunur ki, Olaf Şolts dekabrın ortalarında kansler vəzifəsinə keçəcək) Merkel yenidən Şərq və Qərb arasında vasitəçi rolunu oynadı. Cümə axşamı günü dövlət və hökumət başçıları iki saat ərzində Polşada qanunun aliliyini müzakirə etdilər.
Bu dəfə müzakirələr iyun ayında görüş iştirakçılarının Macarıstanda cinsi oriyentasiyaya görə diskriminasiya mövzusu ilə bağlı “emosiyalara qapıldığı” kimi qızğın olmadı.
Halbuki müzakirə edənlər eyni tərkibdə qalmışdılar: Mateuş Moravetski, Viktor Orban və Sloveniyanın baş naziri Yanez Yanşa. Bu dəfə onlar Avropa İffifaqının qalan hissəsinə qarşı vahid cəbhədə birləşdilər.
De Kro müzakirənin tonunu “ayıq və aydın” kimi xarakterizə etdi. 20 dövlət və hökumət başçıları çıxış etdi. Onlar Polşanın Aİ-dən çıxmasını tələb etməsələr də, Aİ-nin Koronavirusla Mübarizə Fondundan Polşaya ayrılan vəsaitin dondurulmasını tələb etdilər və Avropa Komissiyası Varşavanı “düz yola” qaytarmaq üçün bütün “alətlər qutusundan” istifadə etdi.
Merkel anlayış nümayiş etdirdi: onun sözlərinə görə, “milli kimlik” Polşa üçün mühüm rol oynayır, Aİ-yə daxil olmamışdan əvvəl yaradılmış hüquqi strukturu qəbul etmək onun üçün çətindir. Varşava gələcəkdə belə bir rəğbətə ümid edə bilərmi?
Əlbəttə ki, Parisdən rəğbət gözləməməlidir. Emmanuel Makron sammitdən kənar sag düşərgədən olan rəqibi Marin Le Pen ilə Moravetskinin görüşməsindən “özü üçün nəticə çıxaracaq”.
Le Pen bildirib ki, görüş zamanı Avropa Komissiyası tərəfindən “qəbuledilməz şantaj” müzakirə olunub və Polşa onun “tam dəstəyini” alıb.
Kansler Avropa siyasi səhnəsi ilə özünəməxsus tərzdə vidalaşdı: “Mən başqa bir şey yox, yalnız problemləri həll etməyə çalışırdım ”. Ondan ən mühüm uğuru haqqında soruşanda cavab vermədi. Daha bir cəhd göstərildi: “Avropa Şurasının prezidenti bir ildən sonra sizə zəng edib vasitəçi kimi çıxış etməyinizi istəsə, reaksiyanız necə olar?”
“Mən təxmin olunan suallara cavab vermək istəməzdim”, - deyə o bildirdi. Çinin getdikcə bir çox sahədə Avropanı ötməsi haqqında danışarkən Merkel özünü “öz qabında” hiss edir.
“Mənim varisim geniş tikinti işləri aparmalı olacaq”, - deyə xəbərdarlıq etdi. Sonra o, səlahiyyətlərin ötürülməsi prosesinin hüquqi tərəflərini qısaca izah etdi.
“Frankfurter Allgemeine” yazır ki, Angela Merkel mətbuat konfransında, adətən, hər kəs üçün ayrılan 20 dəqiqədən sonra “Elə bu” - deyə soruşdu. Sonra geriyə, Berlinə uçdu.
Miraslan
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: