Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək
Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi deyib.
Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.
Rüstəm Qasımi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini də nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: