ABŞ rusları ölkəsində görmək istəmir - Alçaldıcı “Evsiz vətəndaşlar” kateqoriyası
ABŞ və Rusiya arasında olan qarşılıqlı sərt münasibət tərəflərin bir-birinə zərbə vurmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə təkan verir.
EDNews xəbər verir ki, vaxtilə casusluq ittihamı ilə Rusiya diplomatlarını, daha sonra gizli agentlərini ölkəsindən qovan ABŞ bu dəfə Rusiya vətəndaşlarının ölkəsinə gəliş-gedişin məhdudlaşdırmaq üçün əlavə əngəllər yaradıb.
ABŞ Dövlət Departamenti viza üçün müraciət edən Rusiya vətəndaşlarını viza müraciətlərinə baxılması üçün ABŞ-ın konsulluq missiyasının olmadığı və ya siyasi vəziyyətin qeyri-sabit olduğu ölkələrdən müraciət edənlərin daxil olduğu “Evsiz Vətəndaşlar” kateqoriyasına daxil edib. Bu barədə ABŞ Dövlət Departamentinin saytında dərc olunan sənəddə deyilir.
Bundan əlavə, belə müraciət edənlərlər qonşu ölkələrin konsulluğuna üz tutmalı olacaqlar.
Qeyd edək ki, ümumilikdə “Evsiz Vətəndaşlar” siyahısına on ölkə daxil edilib. Bunlara Venesuela, Yəmən, Rusiya, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya daxildir. Hazırda ruslar Amerika vizası əldə etmək üçün Polşanın paytaxtı Varşavaya səfər edərək ABŞ-ın oradakı konsulluğuna müraciət edə bilər.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: