Heç kimi maska taxmağa məcbur etməyəcəm - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko maskadan istifadənin əleyhinə olmadığını, lakin heç kimi maska taxmağa məcbur etməyəcəyini deyib.
Bu barədə o, Qrodno vilayətindəki xəstəxananı ziyarət edərkən söyləyib.
"Mən heç vaxt maska taxmağın əleyhinə olmamışam, ancaq hesab edirəm ki, onlardan istifadə mədəniyyəti yalnız həkimlərə məxsusdur", - Lukaşenko vurğulayıb.
Əlavə edib ki, maska rejimi və peyvəndlərlə bağlı son bəyanatlarının ardınca qaçaq Belarus müxalifətinin nümayəndələri onu kovid-dissident adlandırmağa başlayıblar.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: