Çində 4 milyon əhalisi olan şəhər karantinə alındı
Çin hökuməti artan COVID-19 yoluxmaları səbəbindən 4 milyon nəfər əhalisi olan Lançjou şəhərində karantin qaydalarının tətbiqinə başlayıb.
Xarici KİV xəbər verir ki, bu qanuna görə təcili bir vəziyyət olmadıqca əhali növbəti əmrə qədər evlərini tərk etməyəcəklər.
Səlahiyyətli şəxslər şəhərə giriş və çıxışlara ciddi nəzarət rejimi tətbiq olunacağını bildiriblər.
Vətəndaşların sadəcə vacib tələbatları qarşılamaq və dərman almaq üçün evlərindən çıxmalarına icazə veriləcək.
Oxunub: 162
Xəbəri paylaş
Paylaş: