Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək
  • Bakı-Moskva-İrəvan işçi qrupu görüşdü: Qərar qəbul olundu
  • Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Işçi qrupunun işi bərpa edildi
  • İşçi Qrupun Moskva görüşünün mövzusu açıqlanıb: "Kommunikasiya xətlərinin açılması prioritetdir..."
  • 9 NOYABRDA ÜÇTƏRƏFLİ GÖRÜŞ OLACAQMI? - Ermənistanın XİN başçısından açıqlama
  • ZƏNGƏZUR DALANI: PUTİN NİYƏ 1920-Cİ İL SƏRHƏDLƏRİNİ GÜNDƏMƏ GƏTİRİR?- İrəvan necə razı salınacaq?

    • Tarix: 28-10-2021, 12:00


    Moskva sərhədlərin Qars müqaviləsinə əsasən müəyyən edilməsinə razılaşmaqla Krımın ilhaqını arqumentləşdirmək üçün hüquqi presedent yarada bilər

    Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun Moskvada keçirilən son görüşü 8 gün əvvəl başa çatdı. 
    Görüşün bu danışıqların 8-ci iclasının 1-ci hissəsi olduğu açıqlandı. Bu isə onu göstərirdi ki, tərəflər hansısa məqamlarda yekun qərara gələ bilmədiklərindən müzakirələr sonrakı mərhələyə saxlanılıb. 
    Bəs, tərəflər arasındakı müzakirələrdə dalana dirənən məsələlər nələr ola bilər?

    Dünən Ermənistan rəsmilərinin media orqanlarına verdikləri açıqlamalar bu müəmmaya bəzi aydınlıqlar gətirir. Erməni rəsmilərinin açıqlamalarının təhlilinə keçməmişdən əvvəl onu xatırladaq ki, üçtərəfli işçi qrupunun son müzakirələrində 11 yanvar 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı Birgə Bəyanatın əsas müddəaları masaya yatırılmışdı.
    Həmin sənəddə isə sərhədlərin delimitasiya və demarkaziyası ilə yanaşı, kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. 
    Rusiya Nazirlər Kabinetinin rəsmi saytının yaydığı məlumata inansaq, rəsmilərin üzərində dayandığı əsas məsələlərdən biri kommunikasiyaların açılması mövzusu olub.

    “Oktyabrın 20-də Moskvada tərəflər üçtərəfli İşçi Qrupun səkkizinci iclasının birinci hissəsini keçirdilər. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirildi və Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu ilin yanvarın 11-də qəbul etdikləri birgə bəyanat çərçivəsində bu sahədə görülən işlərin gedişatı müzakirə olundu”, - rəsmi açıqlamada belə deyilir.


    Danışıqlarda dalana dirənən məqamlara gəlincə, bu mövzuda ipucu mahiyyətində ilk açıqlama müzakirələrdə rəsmi İrəvanı təmsil edən Ermənistan baş nazirinin müavini Mher Qriqoryan tərəfindən səsləndirildi.
     Dünən Rusiyanın TASS informasiya agentliyinə verdiyi açıqlamasına Qriqoryan Moskva danışıqlarında işçi qrupunun regional kommunikasiyanın blokadadan çıxarılması məsələsində yalnız dəmir yolları üzrə konsensusa yaxınlaşa bildiklərini deyib.

    sözlərinə görə, avtomobil yolları məsələsində isə hələ ki heç bir konsensus əldə olunmayıb: “Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır”.

    Göründüyü kimi, üçtərəfli danışıqlarda dalana dirənən ilk məsələ avtomobil yollarının açılması məsələsidir. Belə anlaşılır ki, dəmir yolları xətlərinin açılmasının Ermənistan üçün də faydalı olduğunu nəzərə alan ermənilər bu məsələyə etiraz etmirlər. 
    Onları narahat edən əsas məqam avtomobil yollarının açılmasının yalnız Azərbaycana sərf etdiyini düşünmələridir. Çünki istər Ermənistan daxili, istərsə də xarici avtomobil yolu əlaqələrində onların digər alternativləri var. 

    Avropaya və Rusiyaya Gürcüstan vasitəsilə, Türkiyə və İrana birbaşa açıla biləcəklərini düşünən ermənilər Azərbaycanla tranzit xəttinə isə əhəmiyyət vermirlər. 
    Yəqin aramızdakı düşmənçiliyin asanlıqla ortadan qalxmayacağına əmindirlər. Avtomobil yolu xətlərinin açılmasının yalnız Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən xətt olaraq görən ermənilər bu birtərəfli faydanı bizə qazandırmaq istəmirlər.


    İşçi qrupunun danışıqlarda dirəndiyi digər bir dalan isə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsidir. İstər Çar Rusiyası, istərsə də sovet imperiyası dövründə Azərbaycan torpağı üzərində özünə dövlət quran və ancaq bizim təktərəfli güzəştlərimiz hesabına ərazilərini genişləndirməyə öyrəşən Ermənistan 44 günlük Vətən savaşından sonra yeni reallıqla üz-üzədir.
    Bu dəfə Rusiyanın ərköyün övladı olmaq işə yaramır və qeyri-qanuni ələ keçirdiyi əraziləri geri qaytarmalıdır.

    Üstəlik, dünənə qədər qucağına sığındığı Rusiya da erməni xəyanəti ilə üzləşdiyindən əvvəlki kimi onu müdafiə etmir, əksinə, başqalarının haqqına göz dikməyin ağır nəticələri olacağını xatırladırcasına “tərəfsizliyini” qorumağa çalışır. 

    Ermənilərin böyük ümidlə baxdığı Fransa, İran kimi dövlətlər də regional geopolitik reallıqlarla razılaşmış kimidirlər. Belə bir vəziyyətdə İrəvanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməkdən başqa çarəsi qalmır.

    Fəqət ortada başqa bir problem də var. Sovet hakimiyyəti illərində birgə yaşayışın gətirdiyi etinasızlıq və müstəqillikdən sonra isə ermənilərin xarici havadarlarının yardımı ilə işğal etdikləri ərazilər hesabına bir-birinə qarışmış sərhədləri necə müəyyənləşdirməli?

    Maraqlıdır ki, bu suala Rusiya prezidenti Vladimir Putin oktyabrın 20-də "Valday" diskussiya klubundakı çıxışında aydınlıq gətirərək sərhədlərin müəyyənləşdirilməsi məsələsində 1920-ci illərin xəritələrinə istinad ediləcəyini bildirmişdi.

    Onun sözlərinə görə, sovet ordusuna məxsus arxivlərdə bu sərhədlər açıq-aşkar göstərilir və Azərbaycanla Ermənistan sərhədləri də bu xəritələr əsasında delimitasiya və demarkasiya olunmalıdır.


    Putinin istinad nöqtəsi kimi 1920-ci illərin xəritələrini əsas alması təsadüfi deyil. Çünki biz həqiqətən də SSRİ-yə və ya Zaqafqaziya SSR-ə məhz bu xəritələrlə daxil olmuşuq, məntiqlə ayrılanda da eyni ərazilərdə qalmalıydıq.

    Bu isə İrəvana sərf etmir. Çünki sovet hakimiyyəti illərində Moksvanın təzyiqi, yerli hökumətlərin xəyanətləri nəticəsində sərhədlərimizdəki bir çox strateji yerlər Ermənistanın əlinə keçib. Putinin direktivləri əsas götürülsə, sözsüz ki, ermənilər həmin ərazilərdən çıxmalı və onları Azərbaycana təhvil verməlidir.

    Görünən budur ki, rəsmi İrəvan Putinin irəli sürdüyü sözügedən təkliflə razılaşmağa məhkumdur. Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə dilə gətirdiyi bəzi fikirlər də bundan xəbər verir.

    Erməni mediasının iddiasına görə, Paşinyan “Ermənistan” blokundan olan deputat Armenuhi Kyuregyanın sualını cavablandırarkən deyib: “Anlamaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədi müəyyənləşdirmək üçün sovet xəritələrinə istinad etməyin kifayət qədər hüquqi əsası var”.


    Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü xəritələrlə razılaşmamaq mümkün deyil. 
    Baxmayaraq ki, həmin xəritələrlə indiki sərhədlər arasında müəyyən fərqlər var: “Putinin bir müddət əvvəl irəli sürdüyü delimitasiya xəritələri “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz üst-üstə düşür.

    Bu xəritələrdən hansınınsa sərhədi təyin etmək üçün başlanğıc nöqtəsi ola biləcəyini başa düşməlisiniz. Axı ittifaq respublikaları arasında sərhədlər dəfələrlə dəyişib.
    Bu dəyişikliklər müxtəlif səbəblərə görə edilə bilər. O da ola bilər ki, Sov.İKP MK-nın növbəti plenumuna kimi rayonlardan birinin rayon soveti, məsələn, otlaq sahəsini qonşu respublikanın qardaş rayonuna və ya əksinə verirdi. Xəritələrin necə, nə vaxt və niyə dəyişdiyini başa düşməliyik".

    Putinin “1920-ci illərin xəritəsi” deyərkən konkret hansı xəritəni nəzərdə tutduğu bəlli deyil. Amma beynəlxalq hüquq baxımından Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirməyin ən qanuni sənədi 1921-ci ildə bağlanmış Qars müqaviləsi ola bilər. 

    Məhz bu müqaviləyə əsasən, Azərbaycanla Ermənistan arasındakı sərhədlər müəyyənləşdirilmiş, Türkiyə və Rusiya ilə yanaşı Cənubi Qafqazın 3 ölkəsi, o cümlədən Ermənistan da ona qol çəkmişdi. 


    Beynəlxalq hüquq normalarına görə, dövlətlərarası müqavilələrdəki müddəalar yalnız onu imzalayan tərəflərin ümumi razılığı əsasında dəyişdirilə bilər. Sovet hakimiyyəti illərində Azərbaycanın ərazilərinin Ermənistana verilməsi sənədlərinə isə ən azı Türkiyə imza atmayıb.

    Dolayısıyla, bu, Qars müqaviləsinin pozulması deməkdir və sərhədlərin delimitasiyası və demarkasiyası zamanı beynəlxalq hüququn prinsipləri əsas götürülməli, sovet imperiyasının yol verdiyi yanlışlar düzəldilməlidir.

    Prinsipcə, Putinin Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsində 1920-ci illərin xəritələrinə istinad etməsi təkcə bizim yox, Rusiyanın da maraqlarına uyğundur. 
    Zira Rusiyanın Krımı ilhaqında söykəndiyi əsas arqument də eyni məntiqə söykənirdi. Putinin fikrincə, Krım 1954-cü ildə Xruşşov tərəfindən Ukraynaya hədiyyə edilib və bu da qanuni deyil.
    İttifaq ölkələrinin sərhədləri yalnız ittifaq qurulmamışdan əvvəlki xəritələrə əsaslanmalıdır. SSRİ yaranmamışdan əvvəl isə Krım Rusiyanın ərazisi idi.

    Şəxsiyyətini, idarəetmə metodlarını və qonşu dövlətlərə qarşı aqressiv tutumunu bəyənməsək belə, Putinin bu arqmenti həqiqətən də məntiqlidir və yəqin ki, əvvəl-axır beynəlxalq aləm tərəfindən də qəbul olunacaq. Bunun üçün isə Rusiya hüquqi presedent yaratmalıdır.
    Zənnimcə, ən uyğun presedent də elə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasında Qars müqaviləsinin əsas götürülməsi ola bilər.

    Ermənistan üçün bu presedentin qəbulolunmazlığı ondadır ki, Qars müqaviləsində indi üzərində mübahisələrin getdiyi Zəngəzur dəhlizinin əraziləri Azərbaycan torpağı kimi göstərilir. 
    Məntiqlə, 1920-ci illərin ilk xəritələri əsas götürülsə, həmin ərazilər mütləq Azərbaycana geri verilməlidir. Məsələyə bu aspektdən nəzər salanda “Zəngəzur dəhlizi” məsələsi gündəmə gələndə İranın “şir quyruqlu” haray-qışqırığının əsl səbəbi də aydın olur.

    Görünür, bu müzakirələrin Qars müqaviləsinin tətbiqinə qədər uzana biləcəyindən narahat olan İran Azərbaycan və Türkiyədən yan keçməklə Avropaya açılan yeganə qapısını itərəcəyindən çəkinir və bunu açıq şəkildə dilə gətirir.


    İran xarici işlər naziri Əmir Abdullahyanın bu ayın əvvəllərində Moskvaya səfərindən sonra rəsmi Tehranın Azərbaycana qarşı ritorikasını xeyli yumşaltması və ölkəmizlə dostluq münasibətlərini yenidən bərpa etmək xəttini tutması da, zənnimizcə, Rusiyanın Zəngəzur dəhlizi planı ilə bağlıdır.
    Fikrimizcə, bu yumşalma təkcə Abdullahyanın Moskvada rus rəsmilərinin Zəngəzur dəhlizinin açılması mövqeyinin dəyişilməzliyini görməsindən və arzulamadığı reallıqlarla razılaşmaq məcburiyyətindən də qaynaqlanmır. 

    Həm də mümkündür ki, Moskvada İran rəsmisinin qulağına “Zəngəzur dəhlizi” açılsa da, tam olaraq Qars müqaviləsi sərhədlərinə qayıdılmayacağı pıçıldanıb. 

    Əslində Putinin 21 oktyabrda keçirilən "Valday" klubunda səsləndirdiyi "1920-ci illərin sərhədlərinə qayıtmaq" təklifində üzərində dayandığı bəzi istisnalar da var idi və bu istisnalar Abdullahyanın qulağına pıçıldandığını təxmin etdiyimiz həmin fikirlərlə də üst-üstə düşə bilər. 

    "Valday" çıxışında Putin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasında tərəflərin müəyyən güzəştlərə gedə biləcəyini də istisna etməmişdi. Belə çıxır ki, Moskva Qars müqaviləsinə əsasən sərhədlərin müəyyənləşdirilməsini təklif etsə də, Zəngəzur dəhlizində qarşılıqlı güzəştə üstünlük verir. 
    Bizim tərəfdən bu güzəşt dəhlizin keçdiyi ərazilərin Ermənistanda qalması, Ermənistan tərəfdən isə həmin ərazilərdə kommunikasiya xətlərinin açılması ola bilər. Bəlkə də İranı qismən rahatladan da bu qarşılıqlı güzəştlərlə bağlı nüansdır.

    Bəs, Azərbaycan bu güzəştlərlə razılaşa bilərmi?

    Zənnimizcə, ilkin mərhələdə, bəli. Perspektiv baxımından isə, əsla! Azərbaycan öz ərazi bütövlüyünə daxil olan Naxçıvanla əlaqələrini hansısa dövlətlərin ümidinə bağlaya bilməz. 

    Üstəlik, beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda. Onu da unutmaq olmaz ki, Zəngəzur qapısı təkcə Naxçıvanın deyil, həm də Türk Birliyinə uzanan yolların təməl daşlarından biridir.

    Zəngəzur dəhlizi bizim ərazimizdə olmadıqca, Türk Birliyinin perspektivi üzərindən kölgə çəkilməyəcək. Ən əsası isə, Ermənistanın Qarabağı 30 il müddətində işğalının, bölgəyə və Azərbaycan iqtisadiyyatına vurduğu zərərin təzminatı da var. Rəsmi Bakı indi olmasa belə, gələcəkdə Qars müqaviləsini və ödəniləcək təzminat haqqını əsas götürüb öz ana südü qədər halal olan Zəngəzuruna sahib çıxmalıdır.

    Mümkündür ki, ilkin mərhədə bu məqsədin daha asan reallaşması üçün Ermənistan iqtisadiyyatının Azərbaycan və Türkiyə ilə əlaqələrdən asılı vəziyyətə gətirilməsi tələb oluna bilər.
    Əgər belədirsə, o zaman qarşılıqlı güzəştlərlə razılaşmalıyıq. Amma son hədəfimizi də yaddan çıxarmamaq şərtilə./musavat.com

    Heydər OĞUZ 

    Oxunub: 421
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.