Hürrəm Sultanın 400 illik portreti İngiltərədə 126 min funt-sterlinqə satıldı - FOTO

Hərracda XIII əsrə aid metal əşyalar, Babur dövrünə aid almaz və zümrüd qaşlı eynək, İran miniatürləri və xalçaları yer alıb.
Bununla yanaşı, ticarət sessiyasında venesiyalı rəssam Titianın XVI əsrin sonu XVII əsrin əvvəllərində çəkdiyi Osmanlı sultanı Süleyman Qanuninin hərəmi Hürrəm Sultanın portreti də alıcı tapıb.
70 min funt-sterlinqə təklif edilən portret 126 min funt-sterlinqə satılıb.
Hərracda, həmçinin Süleyman Qanuni və qızı Mihrimah Sultanın iki portreti alıcılar tərəfindən əldə olunub.

Oxunub: 286
Xəbəri paylaş
Paylaş: