“Suriyadakı qoşunlarımız Türkiyənin faktiki girovudur”-
Rusiyalı FTX polkovniki
Strelkov Suriyanın şimalında Türkiyə Ordusunun gözlənilən hücum əməliyyatına toxunub. Onun fikrincə, Rusiya Türkiyədən asılı olduğu üçün baş verənlərə etiraz edə bilməz.
“Çünki Suriyadakı say-seçmə korpusumuz Ərdoğanın faktiki girovudur. Türklər Bosfor və Dardanel boğazlarını bağlasalar, biz hər şeyi itirəcəyik. Suriya cəbhəsində Türkiyə ilə müharibə apara bilmərik.
Strelkov rus qoşunlarının terrorçu YPG qruplaşmasının nəzarət etdiyi Tel-Rifat şəhərini də bu səbəblərdən tərk etdiyini xatırladıb.
Gələn son xəbərlərə görə, rus qoşunlarının Suriyanın şimalında yerləşən Tel-Rifat şəhərini tərk etdikləri məlum olub.