Dünyanın ən bahalı boşanması reallaşacaqmı?- Dubay Şeyxinin məhkəməsi başladı...

Böyük Britaniyada İordaniya şahzadəsi Haya Bin əl-Hüseyn və Dubay Şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun məhkəməsi başlayıb.
Xarici KİV xəbər verir ki, cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. İngiltərənin ən böyük boşanma davası kimi təqdim edilən məhkəmə prosesi dünən Londonda başlayıb.
2019-cu ildə cangüdəni ilə eşq yaşadığı iddia edilən və Dubaydan Avropaya qaçan 47 yaşlı şahzadə Hayanın Dubay Şeyxindən nə qədər pul istəyəcəyi hələlik məlum deyil.
Ali Məhkəmə Şahzadə və onun iki övladı üçün məbləğ müəyyən edəcək. Britaniya mətbuatı isə boşanma prosesində Dubay Şeyxinin 450 milyon funt sterlinqdən çox məbləğ ödəyə biləcəyini yazıb.
2017-ci ildə Londonda boşanan rusiyalı milyarder Fərhad Əhmədovun həyat yoldaşı Tatyana Əhmədovaya 450 milyon funt sterlinq ödəməsi qərara alınsa da, bu məbləğ 150 milyon lirəyə endirilib.
Şahzadənin vəkili Baronessa Şekltondur. Hələ keçən ay məlum olub ki, Şeyx Rəşid əl-Məktumun həyat yoldaşının və vəkilinin telefonlarını təhlükəsizlik qrupunun əməkdaşları dinləyirmiş.
Şeyx Rəşid əl-Məktumun 6 arvadından ən kiçiyi olan şahzadə Haya 2019-cu ildə həyatı üçün təhlükə hiss etdiyinə görə Londona qaçıb.
Keçmiş İordaniya kralı Hüseynin qızı və İordaniya kralı Abdullahın ögey bacısı olan 45 yaşlı şahzadə Haya da öz təhlükəsizliyini əsas gətirərək uşaqlarına qəyyumluq tələb edib və tədbir görülməsini istəyib.
Oxunub: 250
Xəbəri paylaş
Paylaş: