"Bayraqdar" Donbasda böyük savaşa səbəb olacaq
Donbasda genişmiqyaslı müharibə qaçılmazdır.
Bu sözləri ukraynalı politoloq Andrey Qolovoçev deyib.
Onun sözlərinə görə, Donbasda Türkiyənin “Bayraqdar” dronundan istifadə Kiyevdə irrasional və nümayişkaranə vətənpərvərlik dalğasına səbəb olub:
“Başımızı ayıq tutmalı və bu addımın nəticələrini düşünməliyik. Təşəbbüskarların dəyərləndirdiyi kimi nəticələr birmənalı olmaya bilər”.
Qolovoçev bildirir ki, “Bayraqdar”dan istifadə Donbasda genişmiqyaslı müharibənin bərpasına gətirib çıxaracaq:
“Ola bilsin ki, Ukrayna rəsmiləri məhz bu məntiqlə çıxış edir”.
Oxunub: 225
Xəbəri paylaş
Paylaş: