"COVİD-dən əsasən rusdilli pensiyaçılar öləcək - bu da büdcəyə müsbət təsir edəcək, çünki...”

"“COVİD-19”-dan əsasən peyvənd olunmamış, təqaüd yaşında olan rusdilli insanlar öləcək. Bu, arsız bir fikir kimi səslənir, lakin sosial büdcəyə müsbət təsir göstərəcək, çünki hər ölən onu yüngülləşdirir”
Eadaily.com portalının yaydığı məlumata görə, bu gözlənilməz fikirləri latviyalı həkim Andris Baumanis səsləndirib.
Həkim qeyd edib ki, 60 yaşdan yuxarı peyvənd olunmamış xəstələrin əksəriyyəti rusdilli insanlardır, onlar məhz Rusiyanın “Sputnik” peyvəndini gözləyənlər və tamam başqa informasiya məkanında yaşayanlardır.
Baumanisin sözlərinə görə, Latviya ölkəsinin rusdilli əhalisini peyvənd etmək mümkün olmayacaq.
“Biz iki şeyi başa düşməliyik. Birincisi, biz uzun illərdir ki, rus dilində danışanların əksəriyyətini Latviya cəmiyyətinə inteqrasiya edə bilmirik. Buna hazır olmayan insanları inteqrasiya etmək çətindir, çünki onlar özlərini böyük millət hesab edirlər” - deyə həkim vurğulayıb.
Latış həkimin bu məkrli görünən açıqlaması Rusiya mediasında və sosial şəbəkələrdə sərt etirazla qarşılanıb...
Oxunub: 98
Xəbəri paylaş
Paylaş:




















