Pakistan Almaniyaya borc üzrə ödənişləri dayandırıb
Pakistan və Almaniya İnkişaf Bankı oktyabrın 28-də borca qulluq üzrə sazişin dayandırılması üzrə razılaşma imzalayıb.
Bu barədə oktyabrın 29-da «Dawn.com» xəbər verib.
26,213 milyon avro həcmində borca qulluğun dayandırılması barədə razılıq borca qulluğun dayandırılması Təşəbbüsü çərçivəsində imzalanıb. Razılıq Almaniya İnkişaf Bankı ilə Almaniya adından və Pakistan hökuməti iqtisadiyyat şöbəsi tərəfindən imzalanıb.
İmzalanmış razılıq Pakistan və Almaniya arasında inkişaf sahəsi üzrə əməkdaşlığın qarşıdan gələn 60 illiyinin bayram edilməsi ilə üst-üstə düşür.
Almaniya İnkişaf Bankı Pakistana ilk olaraq, 600 milyon avro borc verib - energetika, iqlim, idarəçilik, təlim və dayanıqlı iqtisadiyyatı artımı üçün iş yerlərinin yaradılası məqsədilə.