Rusiyada koronavirus: son gündə 40 251 nəfər yoluxub, 1160 nəfər ölüb
Rusiyada son sutka ərzində daha 40 251 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 472 797 nəfərə çatıb.
Son sutka ərzində 1160 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 237 380 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş:





















