Tbilisi meri seçkilərində "exit-poll" NƏTİCƏLƏRİ
Gürcüstanın hakimiyyətə yaxın "İmedi" telekanalının sifarişi ilə paytaxt Tbilisi şəhərini meri postuna keçirilən seçkilər üçün keçirilən "exit-poll"un nəticələri açıqlanıb.
İlkin nəticələrə görə, hakim Gürcü Arzusu partiyasının namizədi Kaxa Kaladze öndə gedir.
Bu "exit-poll" nəticələrinə görə, Kaladze 57.2%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 42,8 % səs toplayıb.
Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”da isə Kaladzenin 49 %, Meliyanın 51 % səs qazandığı qeyd olunub.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: