Yaşlı qadın xadiməlik etdiyi evdə 2,7 milyonluq almaz tapdı
İngiltərə və İsveç sərhədindəki Norsumberlənd bölgəsində adı açıqlanmayan yaşlı qadın 2,7 milyon dollarlıq almaz tapıb."Sözcü" xəbər verir ki, yaşlı qadının xadiməlik etdiyi evdə bəxt üzünə gülüb.
Belə ki, o evi təmizləyərkən bahalı almaz üzüyün ona "gülümsədiyini" görüb.
Yaşlı qadın əvvəlcə tapdığı sərvətin adi üzük olduğunu düşünüb.
Sonra onu satmaq üçün zərgərə apararkən 34 karatlıq almaz olduğunu eşidib.
Qadının tapdığı qiymətli üzük 30 noyabrda Londonun "Featonby" daş-qaş evində auksiona çıxarılacaq.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: