Siqaretin də qiyməti bahalaşacaq -
Rüsum artırılır
Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur:
“Birinci aksiz dərəcələri qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar artırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir.
Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.
Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.