"Yunanıstan NATO-dakı həmrəyliyə zərər verir"-
Türkiyə Milli Müdafiə Nazirliyi
“Yunanıstanın Fransa və ABŞ-la imzaladığı müqavilələrlə iki ölkə arasında məsələləri Türkiyə - Avropa İttifaqı və Türkiyə-ABŞ problemləri halına gətirməyə çalşır”.
Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin zabiti, mayor Pınar Kara bildirib.
Pınar Kara Yunanıstanın ABŞ və Fransa ilə imzaladığı müqavilələrin NATO-ya ziyan vurduğunu deyib: “Yunanıstanın ittifaq içində ittifaq qurmaq mövqeyi NATO-nun həmrəylik ruhuna zərər verir”.
Onun sözlərinə görə, Yunanıstan 2021-ci il yanvarın 1-dən qeyri-hərbi statuslu adalarda ümumilikdə 2 061 qanun pozuntusu edib.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: