"Rusiya Ukraynaya girə bilər, amma... çıxa bilməyəcəklər"
Rusiyalıların sayı və hərbi texnikasının Ukrayna ilə müqayisədə çox olmasına baxmayaraq, Moskva müharibədə qalib gəlməyəcək.
Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İqor Smeşko deyib.
“140 milyon 40 milyonu fəth edə bilməz. Daxil ola bilərlər, ərazi işğal edə bilərlər, lakin bu situasiyadan necə çıxacaqlar? Bizim ərazimizdə müharibəni udmaq qeyri-mümkündür və Kremldə bunu başa düşürlər”, – deyə o bildirib.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: