Ağstafanın icra başçısı 3 yox, 4 "əjdaha"nın çiynində vəzifəyə gəlib -
SENSASİON FAKTLAR
İcra başçısının xanımını Kamal Abdulla ADU-da müşavir təyin etdi…
Məlumdur ki, 2019-cu ildə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olundu. Və 9 il həbs cəzası alan sabiq icra başçısı həbsxanada vəfat etdi.
Görək, həbsxanada ölən icra başçısının xələfi, yəni onun kreslosunda əyləşən Seymur Orucov kimdir ?
Birincisi, ondan başlayaq ki, Seymur Orucov barəsində mediada çox şey yazılıb. Yazılanlardan bəlli olur ki, Seymur Orucov 3 məmurun çiynində vəzifəyə gəlib.
Belə ki, Seymur Orucov keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşıdır. Yəni sabiq rektorun kürəkənidir.
Orucovun doğma dayısı isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir.
Məsələ bununla bitmir. Nəzərə alsaq ki, Səttar Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır…
Deməli, Seymur Orucov 3 “əjdaha”nın- Əli Həsənov, Şəmsəddin Hacıyev və Səttar Möhbalıyevin çiynində gəlib 34 yaşında icra başçısı olub.
Amma məsələ bununla da bitmir.
Bu adam vəzifəyə 3 dırnaqarası əjdahanın yox, 4 "əjdaha"nın çiynində gəlib… Bəli, bu barədə mətbuatda yazılmayıb.
İlk dəfə biz yazırıq.
Seymur Orucovun qayınanası Zemfira Hacıyeva da Ramiz Mehdiyevin “idarəsində”, yəni Azərbaycan Milli Elmlər Akademiyasında Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur./hürriyyət
Zemfira Hacıyeva
P.S. Zemfira xanım həm də AMEA Ekspert Yoxlama Komissiyasının sədridir.