Rusiya və Azərbaycan sərhədinin demarkasiyası üzrə iş planı TƏSDİQLƏNDİ
Globall.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Məlumata görə, Rusiya və Azərbaycan dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın 2022-ci il üçün iş planını təsdiqləyib.
Görüşdə tərəflər bəyan ediblər ki, Rusiya-Azərbaycan Birgə Demarkasiya Komissiyasının 2021-ci il üçün İş Planı tam yerinə yetirilib. Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Rusiya Federasiyası ilə Azərbaycan arasında sərhəd 2010-cu il oktyabrın 3-də Bakıda imzalanmış müqavilə ilə müəyyən edilib. Rusiya ilə Azərbaycan arasında quru sərhədin uzunluğu 284 kilometrdir.
Rusiya-Azərbaycan birgə demarkasiya komissiyasının yaradılması haqqında əsasnamə 2013-cü il mayın 15-də Moskvada imzalanıb.