Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi artırılır
Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litr üçün 80 qəpik artırılacaq
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək./report
Oxunub: 340
Xəbəri paylaş
Paylaş: