Azərbaycanda ölmüş hesab edilmiş şəxsin vergi borcunu onun varisi ödəyəcək
Azərbaycanda mülki qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyəcəklər.
Report xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Hazırda qüvvədə olan məcəlləyə görə, yalnız vəfat etmiş fiziki şəxsin əmlak vergiləri üzrə vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.
Oxunub: 231
Xəbəri paylaş
Paylaş: