Gürcüstan parlamenti boykot olundu:
"Saakaşvili azad olunana və..."
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Partiyanın nümayəndəsi Nika Oboladze Saakaşvili azad olunana və Konstitusiya dəyişiklikləri edilənə qədər deputatların parlamentə gəlməyəcəklərini bildirib.
Qeyd edək ki, VMHP-nın qurucusu, həbsdə olan eks-prezident Mixail Saakaşvili partiyanın parlament fraksiyasını parlamentin işini boykot etməyə, eyni zamanda, mandatlardan imtina etməməyə çağırmışdı.