Tibbi xidmətlərə görə ödəniş üsulu dəyişdi:
500 manatdan artıq ödənişlər...
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək.
APA-nın məlumatına görə, bu layihə “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Belə ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: