Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • Generalın məhkəməsində zərərçəkmişlərin etirazı: "Hakim vaxtı ilə Şixəliyevin rəhbərliyi altında çalışıb"
  • MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - SİYAHI
  • “MƏN PULLARI QAYTARIRAM, AMMA MAHMUDOV DA VERSİN...”- Həbsdəki general şərt qoyur
  • ELDAR MAHMUDOVUN BANDASININ YENİ CİNAYƏTLƏRİ AÇILIR... - Mövlam Şıxəliyev ifadəni eşidib ürəyini tutdu /FOTO

    • Tarix: 4-11-2021, 10:30



    Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
    Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digər 3 nəfər barəsində isə həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilib.

    Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasına mətbuat nümayəndələri buraxılmır. Zərərçəkənlərin prosesin videoya çəkməsinə də imkan verilmir. Pozuntu təkcə bununla kifayətlənmir. Hakim hazırlıq iclasında Mövlam Şıxəliyevə xüsusi nəvaziş göstərib, ona “müəllim” deyə müraciət edib. Bu isə iş üzrə 32 zərərçəkənin ciddi etirazına səbəb olub.
    Hazırlıq iclasında hakimin Mövlam Şıxəliyevə xüsusi münasibəti məhkəmənin ümumilikdə obyektivliyinə ciddi şübhələr yaradıb. Sonrakı, oktyabrın 26-da keçirilən iclasda isə zərərçəkənlər hakimin hərəkətlərinə etiraz əlaməti olaraq məhkəmə prosesini pozublar.
    32 zərərçəkən, onların vəkilləri və nümayəndələri məhkəmə zalını tərk ediblər. Etirazçılar arasında təqsirləndirilən şəxslər tərəfindən qanunsuz həbsə alındıqdan sonra intihar etmiş, ürək tutmasından dünyasını dəyişmiş 4 zərərçəkənin nümayəndəsi də olub.



    Ötən gün keçirilən prosesə zərərçəkənlər hakimin xüsusi dəvəti ilə çağırılıblar, onlara Elbəy Allahverdiyevin adından vəd verilib ki, proses qanuni, obyektiv şəkildə aparılacaq. Bununla belə, mətbuat nümayəndələri yenə də açıq məhkəmə prosesinə buraxılmayıblar.
    Elbəy Allahverdiyev jurnalistlərin məhkəmə binasına buraxılmamasına göstəriş verib. Zərərçəkənlərdən biri hakimin hərəkətinə “Elbəy Allahverdiyev açıq məhkəmə iclasını qapalı bazara çevirib” şəklində reaksiya verib.



    20 milyonluq ziyanın 12 milyonu hansı hesabdan ödənəcək?

    İttihama görə, Mövlam Şixəliyev və digərləri mütəşəkkil cinayətkar quldur dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.

    İttiham aktında iş üzrə təqsiləndirilən şəxslərin müsadirəyə təklif olunan əmlakları haqda arayış var. Həmin arayışda isə müsadirəsi nəzərdə tutulan əmlakının ümumi dəyəri 8 milyon 61 min manatdır. Həmin məbləğdən 7 milyon 783 min manat dəyərində əmlak Mövlam Şıxəliyevə, 278 min 600 manat dəyərində əmlak isə təqsirləndirilən Yasin Məmmədova məxsusdur.

    İş üzrə digər 2 təqsirləndirilən şəxs - Vüsal Ələkbərovla Sahib Ələkbərovun üzərinə həbs qoyulmuş əmlakları barədə ittiham aktına əlavə olunmuş arayışda hər hansı bir məlumat yer almayıb. İstintaqın 2 təqsirləndirilən şəxsə münasibətdə mövqeyi anlaşılmazdır.
    Digər tərəfdən, zərərçəkənlərə vurulmuş ziyanın 8 milyonluq hissəsi müsadirəyə təklif olunan əmlakla əvəzləşdiriləcək. Yerdə qalan 11 milyon 308 min manatın hansı hesabdan ödənəcəyi də bilinmir.

    Bu özbaşınalığa kim icazə vermişdi?

    Prosesdə Yasin Məmmədov sərbəst ifadə verib. Bildirib ki, hər bir zərərçəkənin ifadəsindən sonra o, həmin epizod üzrə münasibətini açıqlayacaq. Bundan sonra dövlət ittihamçısı Yasin Məmmədova suallar ünvanlayıb. Təqsirləndirilən ittihamçının suallarını cavablandırmaqdan imtina edib.

    Zərərçəkənlərdən Zaur Əliyev Yasin Məmmədova bir neçə sual verib.

    Ondan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin polis funksiyalarını mənimsəməsinə dair kimin göstəriş verməsini xəbər alıb. Başqa sözlə, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin kimin göstərişi, razılığı ilə mənimsənildiyinə aydınlıq gətirməsini istəyib:
    - 178-ci (dələduzluq) və 320.1(saxta sənəd hazırlama) maddələr üzrə təhqiqat, araşdırma, nəticə etibarı ilə cinayət işi başlamaq qanunla birbaşa Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid edilib.

    Bununla belə Milli Təhlükəsizlik Nazirliyi həmin maddələr üzrə cinayət işi araşdırırdı, vətəndaşları dəvət edib hədələyir, zor tətbiq etməklə soyurduz, pullarını əllərindən alırdız. Bu özbaşınalığa kim icazə vermişdi?

    Yasin Məmmədov suala belə cavab verib:
    - Həmin maddələrlə cinayət işləri başlanandan sonra məlumat üçün baş prokurorun 1-ci müavini Rüstəm Usubova yazılı və şifahi məlumat verilirdi. Onun razılığı ilə istintaq işləri davam etdirilirdi.


    Sahib Ələkbərov

    Yasin Məmmədovun cavabından sonra iş üzrə zərərçəkən Bahəddin Sultanov növbədənkənar dindirilməsi üçün məhkəməyə müraciət edib. Tələskənliyini ölkədən getməsi ilə izah eləyib.

    Kredit götürmək üçün Bakı şəhərinə gəldi, bəlaya düşdü

    Məhkəmə onun xahişini nəzərə alıb. Dindirmədən əvvəl Bahəddin Sultanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu.
    Həmin ifadəni təqdim edirik:
    - 2007-ci ildə Qazaxıstan Respublikasının Almatı şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirib. Bununla yanaşı, 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun “VAZ kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirib.
    2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gəlib. Ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Yasamal filialının müdiri Zal Yusifovdan 1 milyon ABŞ dolları istəyib.

    Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini deyib. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırıb. İntiqamla Zal Yusifov arasında 1 milyon ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanıb.

    Torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilib. Buna baxmayaraq, Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınıb. Müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirib.
    Zal Yusifov pulun ayrıldığını, sadəcə, bankda nağd pul olmadığından işin gecikdiyini deyib. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb edib.

    Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müddətdə bağlaması barədə arayış verib. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri alıblar.

    Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810 min manata sataraq pulun qarşılığnda 1 milyon ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəldib. Qalanını isə evdə saxlayıb.



    Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib

    2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-in Vüsal Ələkbərov adlı müstəntiqi tərəfindən dəvət edilib. O da oğlu ilə birlikdə oraya gedib. Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu deyib. Atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını deyib. 

    Vüsal onlara “Zal Yusifovla birlikdə dövlətin pulunu alıb yeyəndə bilmirdiz belə olacaq” deyib. Belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirib. Buna baxmayaraq, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb edib.

    İntiqamı və onu dəfələrlə MTN-ə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb edib, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim eləyib. Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu deyib, kreditin ödənməsini tələb edib.


    Vüsal Ələkbərov

    Belə olduqda əvvəllər Binəqədi Rayon Polis İdarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti deyib, sonuncu isə MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub. Onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırıb. 
    Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb, Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500 min ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını deyib.
    O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” deyib. Bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu 2 dəfə öz otağına çağırıb. Təklikdə krediti qaytarmasını tələb etməyə başlayıb, ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu söyləyib.

    Həmin zaman Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olub, onu təhqir edərək krediti ödəməyi tələb edib. 15 iyun 2009-cu ildə isə oğlu İntiqam həbs olunub.
    10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb və “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq” deyib. Bundan qorxub Vüsaldan kömək istəyib.
    O da “gözlə, gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir” söyləyib və 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min ABŞ dolları tələb etdiyini, əks halda, həbs etmək göstərişi verdiyini bildirib.

    Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşıb. Vüsal özü üçün də əlavə 10 min ABŞ dolları istəyib və 360 min dolların ona aidiyyəti olmadığını deyərək balasının canına and içib. Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəyib.
    Vüsal Ələkbərov öz telefonunu verməklə qardaşı Mirzə Paşayevə zəng etməsinə şərait yaradıb. O da zəng edərək 250 min ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360 min ABŞ dolları düzəltməyi və MTN-ə gətirməyi tapşırıb.
    Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq” demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləyib, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olub.
    Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala “bunu hələ salmamısan içəri, sənə dedim axı bu q....ni sal içəri” deməklə onu təhqir edib...

    Həmin məbləğ gətirildikdən sonra onlar söhbət ediblər.
    Sitat: “Pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir” deyib.
    Əvvəl istədiyi 10 min ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırıb və saat 15 radələrində onu yola salıb.


    Yasin Məmmədov

    Axşam Vüsal Ələkbərov ondan 10 min ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən” deyib. Bundan 2 gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırıb, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona verib.
    O da qərarı Bakı İstintaq Təcridxanasına təqdim edib, həmin gün həbsdən azad edilən İntiqamın işi sonradan Zal Yusifovla birlikdə məhkəməyə göndərilib. Məhkəmədə oğluna 2 il şərti cəza verilib.

    Prosesdə Bakı Hərbi Məhkəməsinin 26.01.2017-ci il tarixli məhkəmə iclas protokolu da elan edilib. Həmin protokoldan aydın olur ki, zərərçəkmiş Bahəddin Sultanov o zaman məhkəmədə eyni məzmunlu ifadə verib.

    İstintaqa verdiyi ifadəsi elan edildikdən sonra zərərçəkən Bahəddin Sultanov belə bir ifadə verdiyini dedi və ifadəsini tam olaraq təsdiq etdi. Lakin məhkəmədə izahatını dəyişdi:
    - Məni və oğlumu MTN-ə Vüsal Ələkbərov çağırtdırıb. Orada Mövlam Şəxəliyevlə birgə məndən ümumilikdə 370 min manat tələb edib alıblar. Dövlət rüsumu idi...

    Bundan sonra dövlət ittihamçısı zərərçəkənə bir neçə sual ünvanladı. Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun qəbulunda neçə dəfə olması ilə maraqlandı.
    Zərərçəkən dedi ki, o zaman hər birinin qəbulunda 3-4 dəfə olub. Dövlət ittihamçısının növbəti sualı həmin məbləğin hansı işə görə dövlət rüsumu olması ilə bağlı oldu. Zərərçəkən “başının xarab olduğunu” deməklə suala cavab verməkdən yayınıb.
    Hakim Elbəy Allahverdiyev dövlət ittihamçısına müraciətlə “zərərçəkən başının xarab olduğunu deyir” söyləyib və Bahəddin Sultanovun dindirilməsi bununla yekunlaşıb.

    Bu zaman Mövlam Şıxəliyev əlini sinəsinə qoyaraq özünü pis hiss etdiyi görkəmini alıb. Zərərçəkənlər Mövlam Şıxəliyevin bu hərəkətini tamaşa kimi qəbul etdiklərini gizlətməyiblər.
    Onlardan biri “başımıza oyun açanda, var-yoxumuzu əlimizdən alanda ürəyin ağrımırdı” replikasını atıb. Bununla da proses 5 noyabr 10:30-a qədər təxirə salınıb./musavat.com





    Oxunub: 375
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.