Postpandemiya:
Çin və BMT Bakı Forumunda çağırış etdi
Bunu VIII Qlobal Bakı Forumunda Çin Xalq Respublikasının Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao bildirib.
O deyib ki, pandemiyadan sonra yeni dünya nizamı haqqında düşünülməlidir.
Vanq Çao qeyd edib ki, pandemiyadan sonra təbii resursların səfərbərliyi qlobal artıma təkan verə bilər.
O, şəffaflığın vacibliyini qeyd edərək söyləyib ki, qloballaşma da nəzərə alınmalıdır.
“Biz qloballaşmadan qaça bilmərik. Qlobal təchizat zəncirlərinin dağılması dünya nizamına ziddir. Beynəlxalq məsələlərin həlli bütün səylərin cəmlənməsi ilə mümkündür”, - deyə o əlavə edib.
Vanq Çao yeni dünya nizamında Çinin nə edəcəyi barədə də danışıb:
“Çin təhlükəsizliyə, sülhə, beynəlxalq səylərin birləşdirilməsinə dəstəyini davam etdirəcək. BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri də artırılmalıdır. BMT Təhlükəsizlik Şurası zənginlər klubuna çevrilməli deyil”.
Aqşin Kərimov