"Qarabağ" avrokuboklarda tarixi nailiyyətə imza atıb -
komanda pley-off mərhələsində
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib. "
Buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib.
Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər.
2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.