Səudiyyə Ərəbistanı ABŞ-dan 650 milyon dollarlıq raketlər alacaq
ABŞ Səudiyyə Ərəbistanına 650 milyon dollara 280 ədəd "hava-hava" raketi satmaq niyyətindədir.
Report xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Dövlət Departamenti Səudiyyə Ərəbistanına təqribən 650 milyon dollar dəyərində orta mənzilli "hava-hava" raketləri və müvafiq avadanlığın mümkün satışını təsdiqləyib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, Səudiyyə Ərəbistanı ABŞ-dan 280 raket, 600-ə yaxın köməkçi avadanlıq satmağı xahiş edib. Vaşinqton, həmçinin Ər-Riyadı "596 LAU-128" reaktiv yaylım atəşi ilə təchiz edəcək
ABŞ administrasiyasının fikrincə, Səudiyyə Ərəbistanı orta mənzilli raketlər arsenalını artırmaqla hazırkı və gələcək təhdidlərə tab gətirmək qabiliyyətini gücləndirəcək.

Oxunub: 285
Xəbəri paylaş
Paylaş: