Dünyada ərzaq qiymətləri son 10 ilin rekordunu vurub
Dünyada ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatıb. Qeyd olunur ki, son bir il ərzində ərzaq qiymətləri 30 faiz artıb, bitki yağın qiyməti isə oktyabrda təxminən 10 faiz qalxıb və beləliklə rekord həddə çatıb.
BMT-nin məlumatına görə, ərzaq qiymətlərinin artmasına bir sıra amillər təsir edir, o cümlədən fabriklərin bağlanması, siyasi gərginlik, eləcədə xammalın bahalaşması və tədarükün kəsilməsi.
İşçi qüvvəsinin çatışmazlığı qida məhsullarılnın istehsalına və onların digər ölkələrə daşınmasına tələb olunan xərcləri də artırır.
Bunu “Curtin Business School”-un aqrobiznes üzrə eksperti Peter Butt deyir. "Məsələn, Avstraliyaya qida daşımaq üçün çoxlu sayda gəmi gəlib, lakin koronavirus pandemiyası səbəbindən komanda özü bura gələ bilməyib".
Təchizatın kəsilməsi həmçinin süd və süd məhsullarının qiymətinin artmasına səbəb olur. Belə ki, süd məhsullarının qiyməti ötən illə müqayisədə təxminən 16 faiz artıb.
Bununla yanaşı qeyd etmək lazımdır ki, qiymət artımından ən çox aşağı gəlirli ölkələrdə yaşayan insanlar əziyyət çəkir. Qiymət artımı onları daha da yoxsulluğa sürükləyir və bu da, öz növbəsində, sosial və siyasi gərginliyi artırır.