Sabah Azərbaycanda hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 12-14° isti, Bakıda gecə 4-6°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında noyabrın 7-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.