Hacıbala Abutalıbovun səhhətində problem yarandı -
Almaniyaya aparıldı
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Qaynarinfo-nun məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib: “Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: