Kreml üçtərəfli görüşü TƏSDİQLƏDİ -
"Videokonfrans formatında olacaq”
Rəsmi Moskva gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.
Globall.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib:
“Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq”.
Qeyd edək ki, görüşün dəqiq tarixi haqqında əlavə məlumat verilməyib.
Oxunub: 313
Xəbəri paylaş
Paylaş: