Azərbaycanda ipoteka kreditləri üçün vəsait ARTIRILIR
Bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Rəsmi məlumata görə, gələn il İpoteka və Kredit Zəmanət Fonduna ayrılacaq vəsait carı illə müqayisədə 20 milyon manat və ya 20 faiz çoxdur.
Həmin vəsaitdən güzəştli ipoteka kreditlərinin verilməsi üçün 95 milyon manat, sahibkarlar tərəfindən manatla alınan kreditlərlə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 5 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.