Vang Yapin kosmosa çıxan ilk çinli qadın oldu -
VİDEO
Astronavt Vang Yapin kosmosa çıxan ilk çinli qadın kimi tarixə düşüb. Bu barədə CNN məlumat yayıb.
Çin Kosmik Agentliyinin məlumatına görə, Vang və onun həmkarı Jay Jigang, 6,5 saatlıq kosmos səyahətini uğurla başa vurublar. Qeyd olunur ki, onlar Çinin yeni Tiangong kosmik stansiyasının ekipaj üzvləridir.
Ekipaj oktyabrın 16-da kosmosa daxil olandan sonra ilk dəfə stansiyanı tərk edib.
Açıq kosmosa çıxdıqdan qısa müddət sonra Vang izləyicilərə özünü əla hiss etdiyini söyləyib. Video Çin sosial mediasında geniş yayılıb./virtualaz.org
Oxunub: 190
Xəbəri paylaş
Paylaş: