Şuşaya hücum: Əməliyyat planının detalları, real döyüş kadrları - VİDEO
Ötən gün İctimai televiziya Şuşanın azad olunması əməliyyatından bəhs edən "Şuşa, sən azadsan" sənədli filmini nümayiş etdirib. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalıdır və orada şəhərin azad olunması üçün Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatın detalları ilk dəfə açıqlanır.
Azad etmə planına əsasən, Şuşaya yaxın ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif kontingentlərinin yerləşdiyi iki hədd yaradılır - birinci hədd cənub-qərb istiqamətində, digər hədd isə şimal-şərq istiqamətində təşkil olunur. 2020-ci il noyabrın 2-də hücum siqnalı verilir. Düşmənin mövqelərinin arxasına sızma əməliyyatından öncə Quru Qoşun qüvvələrinin hücumu ilə iki istiqamətdə aldadıcı manevr döyüşlərini başladılır. Taktiki gediş özünü doğruldur. Düşmən hərbi kontigentini və döyüş texnikasının böyüş hissəsini Azərbaycan Ordusunun motoatıcı qüvvələri ilə döyüşmək üçün səfərbər edərək, Şuşa yaxınlığındakı Şuşakənd və Daşaltı istiqamətlərində toplayır./filmin xülasəsini Qafqazinfo hazırlayıb

Planın əsas hissəsinin işə salmaq anı artıq yetişib. Xüsusi Təyinatlı Qüvvələrin düşmən qüvvələrinin təmas xəttini keçərək, onların mövqelərinin arxasına sızma əməliyyatına start verilir.
Noyabrın 2-dən 3-nə keçən gecə ikinci həddən üç XTQ qrupu Laçın-Şuşa-Xankəndi yoluna doğru hərəkətə başlayır.
Marşrut yolsuzluq üzərindən qurulur. Əslində mövcud olmayan bu yollar uzun illər insan ayağı dəyməyən, sıx meşələr, çay yataqları və qayalıqlardan keçir.
Belə olan şəraitdə silah-sürsatın daşınması üçün hansısa nəqliyyat vasitəsindən danışmaq ümumiyyətlə, mümkün deyildi. Bu səbədən XTQ “Bir bir hədəf, bir atış” prinsipinə keçir. XTQ bir gecəyə hava məsafəsi olaraq 21 km məsafə qəth edir.

“Bizim tapşırığımız Şuşanı azad eləmək olduğu üçün, fəaliyyətimizə tam tərsdir ki, hansısa yerdə bir, iki, üç və yaxud bir neçə düşmənə görə öz fəaliyyətimizi aşkara çıxaraq” - xüsusi təyinatlı döyüşçülərdən biri deyir.
“Şuşa əməliyyatını biz planlaşdırdıq. Digər rayonların azad edilməsindən fərqli olaraq, mənim tərəfimdən Şuşa əməliyyatında bəzi xüsusi tələblər qoyulmuşdu. Əsas fikir, diqqət, güc ancaq tapşırıqların yerinə yetirilməsinə cəmləşdirilmişdi” - XTQ komandanı general-leytenant Hikmət Mirzəyev bildirir.

Digər dəstələr isə noyabrın 3-ü və 4-ü hərəkətə başlayır. XTQ Şuşa-Laçın yolundan əvvəl yüksəklikdə olan erməni postlarını ələ keçirir. Bu, 1553 yüksəkliyi idi.
Bu yüksəklik ələ keçiriləndən sonra, Daşaltı tam olaraq nəzarətdə qalırdı. Həmin yüksəklikdə ermənilərin olması isə, XTQ-nin məhv etdiyi düşmənin üzərindən çıxan xəritələrdə müəyyənləşib. Əgər bu yüksəklik ələ keçirilməsəydi, ordumuzun bütün fəaliyyəti düşmən tərəfindən nəzarət altında olacadı.
Şuşanın azad olunma planının əsas prinsiplərindən də biri düşmənin təminat yolunun bağlanılması idi. Çünki Ermənistandan düşmənə davamlı olaraq hərbi texnika və canlı qüvvə yardımı gəlirdi. Ona görə də Laçın-Şuşa-Xankəndi nəyin bahasına olursa, olsun bağlanmalı idi.

XTQ üzvü əlavə edir: “Laçın yolunun bağlanması tapşırığı gəldi. Öz bölməmdən üç hazırlıq qrupu yaratdım, onları sürətli şəkildə özümdən öncə göndərdim.
Yuxarı komandanlıq da artıq tələb edirdi ki, sürəti artırmaq lazımdır. Mən komanda verdim ki, sızıb sağdan-soldan qalxmaq imkanınız varsa, qalxsın. 20-25 dəqiqə müddətində orada açıq döyüş getdi. Onların Laçın yolunun kənarında əvvəlcədən hazırladıqları mövqe var idi.
Bu, bütün yolboyu idi - Laçından Şuşaya qədər. Qrup komandirlərinə şəxsi heyətlərini gətirmələrini deyib, özüm getdim. Artıq o iş görülməli idi. Sürətli şəkildə Laçın yolu istiqamətində qalxdıq. Laçın yoluna çatmamış, təxminən 50 metrdən üstümüzə atışlar gəldi. Düşmən yuxarıda olduğu üçün, onlara daha rahat idi. Biz isə 600 metr yüksəklik qalxdığımız üçün yorulmuşuq”.
Bu zaman komandirlərdən biri hiylə işlədir. O, düşmənin aldatmaq məqsədilə açıq efirə, rabitəyə çıxır. XTQ üzvü rabitə danışığında bilərəkdən iki zabitin adını çəkir.
Çünki düşmənin Azərbaycan dilini bilməsindən xəbərdar idi. O, zabitin birinə 50 nəfər götürüb sağ cinahdan, digərinə isə 60-70 nəfər götürüb sol tərəfdən getməsi “tapşırığını” verir. Bu zaman XTQ üzvü özünün mərkəzdən irəliləyəciyini bildirir. Düşməni aldatmaq cəhdi baş tutur və ermənilər qaçmağa başlayır.
Bu zaman XTQ 15-20 saniyəyə 50 metr irəliləyərək Laçın yoluna qalxır. Onlar Laçın istiqamətidə qaçan düşməni görürlər və erməniləri məhv edirlər.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş:






















