Paşinyan mətbuat katibini işdən çıxarıb

Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorqyan tutduğu vəzifədən azad edilib. Müvafiq qərarı Nikol Paşınyan bu gün imzalayıb.
Bildirilir ki, qərar “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 10-cu hissəsinə əsasən verilib.
Mane Gevorgyan özü Facebook səhifəsində öz ərizəsi ilə vəzifəsindən azad edildiyini açıqlayıb. O, birgə fəaliyyətinə görə baş nazirə və hökumət aparatına təşəkkür edib.
Gevorqyan 2020-ci il martın 2-də baş nazirin mətbuat katibi təyin edilib. Yanvardan mart ayına qədər bu vəzifə vakant idi.
Oxunub: 142
Xəbəri paylaş
Paylaş: