"Hərbi kəşfiyyat onun Qarabağa səfəri barədə öncədən məlumatlı olmalıydı..."- Hərbi ekspert

Hərbi qurum maksimum 1 dəfə xəbərdarlıq edər, 10 dəfə vurar. Bizdə tərsinə alınır. Müdafiə Nazirliyinin bu istiqamətdə fəaliyyəti Ali Baş Komandanın bəyanatlarına uyğun gəlmir...
Müdafiə Nazirliyimizin Ermənistan Müdafiə naziri Ürşak Karapetyanın Xankəndinə növbəti səfərinə açıqlamasını oxudum.
Yazılıb: "Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir".
İnşallah, maşallah, sübhənallah.
Bu xəbərdarlıq dəfələrlə təkrarlanıb. Bir dəfə də xəbərdarlıq etmədən bunu dediyiniz qaydada həyata keçirin. Xəbərdarlıq diplomatlara və siyasətçilərə aid funksiyadır. Hərbi qurum maksimum 1 dəfə xəbərdarlıq edər, 10 dəfə vurar. Bizdə tərsinə alınır. MN-nin bu istiqamətdə fəaliyyəti Ali Baş Komandanın bəyanatlarına uyğun gəlmir.
Erməni nazir bizdən icazəsiz Qarabağa gəlibsə, deməli bizi saymır, ərazi bütövlüyümüzü şübhə altına alır. Vurun, düşünmədən vurun. Əks tərəf anlasın ki, siz 1 dəfə xəbərdarlıq etmisinizsə, bu illərlə qüvvədədir.
Əslində hərbi kəşfiyyat erməni nazirin Qarabağa səfəri barədə əvvəlcədən məlumata malik olmalı idi. Bu xəbərdarlıq isə Arşakın səfərindən əvvəl səsləndirilməli, bunu əks tərəf diqqətə almadıqda, 3-5 canavar Arşakı qara rəngli "Land Cruser" ilə birlikdə Bakıya Zakir Həsənovun kabinetinə gətirməli idi.
Yoxsa Arşak gələcək, seperatçılarla görüşəcək, yeyib içib qayıdıb gedəcək, bundan sonra da "qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda" nə edəcəyimizi bəyan edəcəyik. Qarabağa yaxınlaşanın erməni rəsmisinin ruhu dərhal bədənindən uçmalıdır. Qalanı əfsanədir.
Ədalət Verdiyev,
hərbi ekspert
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: