Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçilib
Fumio KişidaYaponiyada Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida yenidən ölkənin Baş naziri seçilib.
TASS xəbər verir ki, səsvermənin nəticələri parlamentin saytında dərc olunub.
O, aşağı palatada 465 deputatdan 297-nin səsini qazanıb. Konstitusiya Demokratik Partiyasının lideri Yukio Edano isə 108 səs toplayıb.
F.Kişida yuxarı palatada da 141 səslə Y.Edanonu qabaqlayıb.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: