“Bizə deyirlər sizin Azərbaycanda nə işiniz var”-
Ərdoğan
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım mərasimindəki çıxışı zamanı bildiib.
Prezidentin açıqlamasından diqqət çəkən bir sıra məqamlar var.
O, siyasi və iqtisadi gücü ilə dünyanın birinci liqasında iddialı bir Türkiyə qurmaq üçün çalışdıqlarını vurğulayıb:
“Təbii ki, Atatürkü anmaq vacibdir, amma əsas məsələ Atatürkü onun mübarizəsinin izlərini davam etdirərək, bu mücadilənin arxasında duran səbəbləri düzgün müəyyənləşdirərək anlamaqdır.
Ərdoğan bildirib ki, bugünkü hökumət Atatürkün qurduğu Türkiyəni dünyanın ən sivil dövlətləri səviyyəsinə qaldırmağa, millətinə ən yaxşı rifah yaratmağa çalışır:
“Mustafa Kamal Liviyada, Suriyada, Çanaqqalada, Qafqazda sərhədlərimizdədir, Anadolunun hər qarışındadır. Bizə deyirlər ki, Azərbaycanda, Suriyada nə işiniz var?