Azərbaycan və Ermənistan XİN rəhbərləri Parisdə görüşdülər -
MQ HƏMSƏDRLƏRİNİN İŞTİRAKI İLƏ
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.