ABŞ-la Çin iqlim dəyişməsinə dair öhdəlik imzalayıb
Çin və ABŞ Şotlandiyanın paytaxtı Qlazqoda iqlim dəyişməsi üzrə əməkdaşlıq haqqında qətnamə imzalayıb.
BBC xəbər verir ki, istixana qazı istehsalı üzrə dünyanın başlıca iki dövlətinin bu sənədi imzalaması gözlənilməz olub.
Bildirilib ki, tərəflər qarşıdan gələn 9 il ərzində, yəni 2030-cu ilədək Yerin atmosfer qatında temperaturun 1,5 dərəcə selsi azalması istiqamətində birgə mübarizə aparacaqları öhdəliyini imzalayıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden noyabrın 2-də Qlazqoda İqlim Dəyişməsi Konfransında çıxışında ölkəsinin öhdəliyindən danışarkən demişdi: “İqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirəcəyik. ABŞ tullantılarının 2030-cu ilə qədər 50-52 faizdən aşağı səviyyəyə endirəcəyinə dair iddialı hədəfinə nail olacaq.
Biz dünyaya ABŞ-ın təkcə yenidən masaya qayıtdığını deyil, nümunənin gücü ilə rəhbərlik edəcəyimizi göstərəcəyik. Başçılıq etdiyim administrasiya iqlim öhdəliyimizi sözlərlə deyil, əməllərimizlə nümayiş etdirmək üçün çox işləyirik".