“Azəristiliktəchizat” sözünü yenə TUTMADI -
20 milyonluq borc YARANDI
Məlumata görə, "Azəristilikthizat" ASC son illərin ənənəsinə sadiq qalaraq, yenə də "Azəriqaz"a olan borcunu ödəməyib. Bu səbəbdən də qazanxanalar borc ödənilənədək qazla təmin edilməyəcək.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin bu günə 20 milyon manat borcu var.
Baş direktor borcun ödənilməsi üçün "Azəristiliktəchizat"a 1 həftə vaxt verildiyini diqqətə çatdırıb:
"Vaxtın verilməsi vətəndaşları narahat etməmək, soyuqda qoymamaq üçündür. Bizim üçün vətəndaş məmnuniyyəti, vətəndaşın mənafeyi hər şeydən üstündür. Amma, "Azəristiliktəchizat" verilən müddətdə borcu ödəməlidir. Sabahdan qazanxanalara qaz veriləcək. Amma borc verilən müddətdə ödənilməsə, qazanxanalara qaz verilişi dayandırılacaq".
Qeyd edək ki, qurumun “Azəriqaz” İstehsalat Birliyinə olan borcu üzündən, hər il istiliyin verilməsi gecikdirilir. Hər dəfə borc dövlət tərəfindən ödənilir./modern.az