Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Şahmat üzrə Avropa çempionatı təxirə salındı
  • Soçidə dünya kuboku uğrunda yarış başladı - "Şah" ilk 10-luqda...
  • 10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu
  • G20 liderləri ilk dəfə virtual sammit keçirir - Sədrliyi Səudiyyə Ərəbistanı edir
  • Şəhriyar: “28 ildir onunla oyunu gözləyirdim...”- "Bu, hər 4 ilə 2 gediş deməkdir"
  • Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti

    • Tarix: 14-11-2021, 20:25


    İnsanlar mif yaratmağı sevir. Bəşəri fəaliyyətin bütün sahələrinə dair miflər yaradılıb və onlar vasitəsilə bizə çatdırılan mətləblər daha asan yadda qalır, uzun müddətli bəşəri yaddaşa yerləşirlər. 
    Məşhur miflərdən biri şahmat oyunu haqqındadır. Kral, oyunu çox bəyənir və onun ixtiraçısını mükafatlandırmaq istəyir. İxtiraçının istədiyi mükafat ilk başda təəccübləndirəcək dərəcədə banaldır, şahmat taxtasının birinci xanası üçün bir düyü dənəsi, ikinci xanası üçün bundan iki dəfə çox, üçüncü xana üçün ikincidən iki dəfə çox olmaqla, bu qaydada altmış dörd xanadakı düyü dənələrinin cəmini tələb edir. 
    İstəyin yerinə yetirilməsini əmr edən kral tezliklə bu qədər düyünü tədarük edə bilməyəcəyini anlayır. Gücsüzlüyü onu qəzəbləndirir və ixtiraçını öldürməyi əmr edir. Bu dramatik mifi şahmat həvəskarlarının əksəriyyəti bilir.

    Başqa, yaxın tarixli bir mif də Bethovenin məşhur əsəri “Ay işığı sonatası” haqqındadır. Əlbəttə, dünyanın ən məşhur piano əsəri haqqında mif uydurulmasa idi, bu təəccüblü olardı.
    Bethoven, pianoda onun əsərini ifa edən görmə əngəlli gənc xanımın yanına əyləşir və pəncərədən düşən ay işığına baxaraq ifaçının ay işığını təsəvvür edə bilməsi üçün o andaca bu əsəri bəstələyir.
    Əslində isə, musiqi tarixçilərinə görə Bethoven bu əsərini Motsartın Don Juan operasından təsirlənərək yazmış və onu Sonata quasi una fantasia adlandırmışdır, əsərə “Ay işığı sonatası” adının verilməsi isə Bethovenin ölümündən sonra baş vermişdir.

    Şahmatın yaranması tarixi bu qədər bulanıqkən və bu oyun indiki halına çatana qədər uzun təkamül yolu keçmişkən, şahmat haqqındakı mifin doğru olduğunu iddia etmək çətindir. Doğru olsa belə, orijinal forması haqqında dəqiq məlumat yox ikən, onunla əlaqəli mifin sanki tarixi fakt imiş kimi bizə çatması, insanların tarixi faktlardan çox mifləri sevdiyinin daha bir təsdiqidir.

    Əgər kral, “iqtidar olub müqtədir olamayan” kralların əksinə həm iqtidar olub həm də qadir olan krallardan olsaydı və ixtiraçının mükafatını verməyə gücü çatsaydı, bu qədər düyünün ədədlərlə ifadəsi necə olardı?
    Birinci xanada bir, ikincidə bundan iki dəfə, üçüncüdə ikincidən iki dəfə və ardıcıl olaraq hər xanada özündən əvvəlki xanadan iki dəfə çox düyü, ilk həddi bir, vuruğu iki və hədlərinin sayı altmış dörd olan həndəsi silsilənin həm sonuncu həddini, həm də bütün hədlərinin cəmini hesablamaq mümkündür.
    Cəmi, dəqiq ifadə etməyib sadəcə alınan ədədin mərtəbəsi haqqında təsəvvürə sahib olmaq üçün yuvarlaqlaşdırsaq düyünün miqdarı 18,000,000,000,000,000,000 ədəd ilə ifadə olunar.

    Tipik bir düyü dənəsinin kütləsinin 30 milliqram olduğunu qəbul etsək, bu qədər düyünün kütləsi 540 000 000 000 000 kg-a bərabərdir. Yəni, yekunda 540 milyard ton düyüdən söhbət gedir. Müasir dünyanın səkkiz milyarda yaxın əhalisinin illik düyü istehlakı isə 500 milyon tondur.
    Bu gün üçün çox böyük, dövrünə görə astronomik bir rəqəmdir. Xeyli təvazökar başlayan həndəsi silsilə, lazımınca vaxtdan (addımdan sonra) təsəvvürə gəlməyən böyüklüyə çatır.

    Məşhur və oxşar misalın göstərdiyi kimi, əgər bir nilufər çiçəyi hər gün iki dəfə böyüyərək gölün səthinin yarısını 99 gündə örtürsə, gölü xilas etmək üçün sizin sadəcə bir gününüz qalır, çünkü gölün ikinci yarısını örtmək üçün ona sadəcə bir gün bəs edəcək. Diqqət çəkməyən kiçik artışlar, diqqət çəkmədikləri müddət ərzində olduqca böyük qiymətlərə çataraq həm ağlasığmaz ola, həm də nəzarətdən çıxa bilər.
    Şahmat taxtasının birinci yarısında (ilk 32 addımda) cəmlənən düyü miqdarı təqribən 140 tondur, bu isə təxminən 25 hektar ərazisi olan düyü tarlasının məhsuludur – təsəvvür və nəzarət daxilindəki miqdardır.

    “Şahmat taxtasının ikinci hissəsi” anlayışı ixtiraçı və futurist Ray Kurzweil-in həndəsi silsilə ilə baş verən artışın müəyyən bir məqamda nəzarətdən çıxaraq özünün proseslər üzərində böyük təsirə malik olacağını göstərmək üçün istifadə etdiyi metafordur.

    Ray Kurzweil

    Həndəsi silsilə ilə artış, bir çox sahədə müşahidə olunur. Homo sapiens dünya səhnəsinə çıxdıqdan on minlərlə il sonra, 19-cu əsrin əvvəlində 1 milyarda çatdı.
    Bundan sonra isə 8 milyarda çatmaq üçün cəmi 2 əsr bəs etdi. Dünya əhalisinin artım qrafiki 1800-cü illərə qədər cüzi sürətlə artan, haradasa üfuqi oxa paralel olan düz xətdən, bu tarixdən sonra sürətli artımı təsvir edən, hardasa şaquli oxa paralel olaraq davam edən əyri kimi görünür.

    Antropoloq Ian Morris “Niyə dünyaya (hələ ki) Qərb hökm edir?” adlı əsərində “sosial inkişaf” (müəyyən bir demoqrafik qrupun real nəticələr əldə etmək üçün fiziki və intellektual mühiti dəyişdirə bilmək bacarığı) adlandırdığı anlayışı təqdim edir və sosial qrupun enerji istifadəsi, təşkilatlanma bacarığı, müharibə aparma imkanları və sahib olduğu informasiya texnologiyaları kimi faktorlardan istifadə edərək bir indeks müəyyənləşdirir.
    Sosial inkişafın dəyişməsinin qrafik təsviri də, tarixin uzun müddət monoton rejimdə qaldığı, Sənaye İnqilabından sonra isə kəskin yüksəlişə keçdiyini göstərən qrafikdir. Kompüter mühəndislərinin yaxşı bildiyi Moor qanunu, tranzistorların kəşfiylə mümkün olan mikroçiplərin hesablama gücünün hər on səkkiz ayda iki dəfə artdığı müşahidəsinin ifadəsidir. Moor, bu artışın azı on il müddətində davam edəcəyini demişdi.
    Ancaq bu təxmin çox konservativ idi, çox kiçik addımlarla artmağa başlayan hesablama gücünün bu gün hələ də davam etdiyi, artıq hesablama gücündəki artışın böyük qiymətlərlə ifadə olunduğu bilinir. Mikroçiplərin hesablama gücünün bu sürətlə artması həm də onların sürətlə ucuzlaşması, zəruri tələbat məhsullarına çevrilməsi və bizə hiss etdirmədən həyat tərzimizi dəyişdirməsi mənasına gəlir.

    İlkin versiyaları astonomik qiymətə olan bu vasitələr əksəriyyətin ala biləcəyi qiymətə qədər ucuzlaşır. Elektronik cihazlarda bu ucuzlaşmanı və üstəlik, buna paralel olaraq cihazların texniki imkanlarının artmasını Moore qanununun həndəsi silsilə ilə artışı proqnozlaşdıran təbiəti mümkün edir.

    Təəccüblü deyil ki, gigiyena, karantina və sosial məsafə qaydalarına əməl edilmədikdə, yəni insanlarla insanlar və viruslar arasındakı təmas məhdudlaşdırılmadıqda yoluxucu xəstəliklərə tutulan xəstələrin sayı da həndəsi silsilə ilə artır, artış qrafiki yuxarıdakı prosesləri təsvir edən əyrilərlə tam oxşarlıq göstərir.
    Başlanğıcda skeptik yanaşan, konspirativ fərziyyələr uyduran, “yoluxan birini şəxsən gördünüzmü?” ritorik sualları verən şəxslərin səsi qısılır, infeksiyanın gündəlik həyatın başlıca probleminə, gigiyena qaydalarının gündəlik vərdişə çevrildiyini müşahidə edirlər. Əlbətdə, konspirativ təfəkkür heç də təslim olmur, bir infeksiyanın mövcudluğunun inkarından əl çəkib onun kimlər tərəfindən hansı məqsədlərlə yayıldığı haqqında yeni fantaziyalar yaratmağa davam edir.

    Zəngin yunan mifologiyasında Troya kralı Priamın qızı Kassandra doğru çıxan kəhanətlər bildirir, ancaq lənətləndiyi üçün onun kəhanətlərinə inanan olmur.
    Bildirdiyi kəhanətlər arasında Troya şəhərinin dağılacağı da var; xəbərdarlıq etsə də troyalıları Troya atının içində yunan əsgərlərinin gizləndiyinə inandıra bilmir.
    Bu gün, bütün güc sahiblərinin zərər görmələrinə, bütün güclü dövlətlərin az qala çarəsiz vəziyyətdə olmalarına və ağlı başında olan heç kimin nüvə silahları və viruslarla oynamayacağına baxmayaraq, dünyanın əsas problemi olan koronavirus pandemiyası mövzusunda müxtəlif konspirasiya nəzəriyyələri populyardır.
    Əgər virus insan icadı olsaydı vaksin yaratmağa çalışan müxtəlif laboratoriyalar virusun sintetik olduğunu asanlıqla müəyyən edə və bu virusu yaradan mərkəzdən dünya qarşısında məsuliyyətlərini gec də olsa qəbul edib, vaksini təqdim etmələrini tələb edə bilərlər. Bu pandemiyanın Sənaye İnqilabı, taun epidemiyası, “Dəmir pərdə”-nin qalxması, qlobal istiləşmə kimi böyük tarixi hadisələr miqyasında dəyişikliklər gətirəcəyi aydındır.

    Ancaq potensial dəyişikliklərin sosioloji baxışla analiz olunması praktikasının olmadığı ölkəmizdə, daha çox türk və rus konspiroloji təfəkkürünün təsiri altında səbəblə nəticənin yeri səhv salınır və konspiroloji miflər təkrarlanır.
    Bu vəziyyət “Dərviş Parisi partladır” filmində Elm İnqilabının baş verdiyi Avropadan dünyanın dörd bir tərəfinə səyahət edib bioloji, geoloji, etnoloji tədqiqatlar aparan alimlərin obrazı olan Müsyö Jordanın əsas motivinin anlaşılmaması və yerli ziyalıların nəbatat aliminin Qarabağa at və ya xalça alveri üçün gəldiyinin sanılmasından təfəkkürcə o qədər də fərqli deyil.



    Aydındır ki, tutaq ki, turizm və nəqliyyat şirkətləri ciddi dəyər itirəcək, dijital platformalar və biotexnologiya şirkətləri dəyər qazanacaq. Cəmi bir neçə il əvvəl ucuz qiymətə alınmaları mümkün olan dijital şirkətlər indi milyardlarla dollarla ölçülən dəyərə sahibdirlər. Hər dövrün özünəməxsus yüksələn əmtəəsi var. Koronavirus karantinası nəticəsində online kommunikasiyaya tələbin kəskin artması, bu xidməti təklif edən Zoom platformasının qiymətini 40 milyard dollar artırıb.

    Gec-tez bu virusun da vaksini tapılacaq. Həmin vaksini ixtira edən biotexnologiya şirkətinin dəyəri olduqca yüksələcək. O şirkət hətta Honq-Konqun artıq çətin vəziyyətdə olan Qantas Havayolları şirkətini belə ala biləcək. Bu halda vaksini tapan laboratoriyanın yerləşdiyi ölkənin əslində virusu bilərək yaydığı, məqsədinin şirkətləri ucuza almaq olduğu iddia ediləcək.

    Çox maraqlıdır ki, bu konspiroloji fərziyyələri sosial şəbəkələr vasitəsiylə tirajlayırlar, ancaq nədənsə bu qədər riskli və qlobal miqyaslı plan quran mərkəzlərin sosial şəbəkələri kontrol etməyə gücləri çatmır, dişlərini sıxıb “araştırmacı gazeteci yazarların”, ya da “elmi ladun”(“dərin elm”) bilicilərinin onları ifşa etmələrinə dözməli olurlar.

    Çinə aid qədim bir rəvayətdə iki həkim qardaşdan danışılır. Hansının daha yaxşı həkim olduğunu soruşanlara kiçik qardaş deyir, “Mən xəstəlik ortaya çıxanda müdaxilə edirəm, kəsirəm, bükürəm əziyyət verib sağaldıram, məni hamı tanıyır. Böyük qardaşım simptomları görüb əvvəlcədən müalicə edir, ona görə də məşhur olmasa da, əsl həkim odur” deyir.

    Müxtəlif miflərə və konspirologiyalara inanılan dövrümüzdə elm, Kassandra kimidir. Gələcəyi proqnozlaşdırma gücünə sahib olan yeganə bəşəri institut olsa da, səsini eşidən, ona qulaq asan yoxdur.

    2007-ci ilin oktyabr ayında “Klinik mikrobiologiya” adlı elmi jurnalda nəşr olunmuş, 434 qaynağa istinad edərək 2003-cü ildə Çinin cənubunda kiçik miqyasda reallaşmış SARS epidemiyasını analiz edən bir məqalənin nəticə qismində belə yazılıb:
    “Koronavirusların genetik mutasiya keçirib yeni genotiplər yaratması və yoluxma hallarına səbəb olma potensialı yaxşı bilinir. SARS-CoV tipli virusların yarasalarda böyük “hovuzunun” olması və Çinin cənubunda mövcud olan ekzotik heyvanları yemə vərdişi saatlı bombadır. SARS və digər yeni virus növlərinin yenidən yayılma ehtimalı hazırlıqlı olmağın vacibliyini yaddan çıxarmamağı tələb edir”.

    Məqalədə əslində, “Perşembenin gelişi çarşambadan bellidir” deyilir. Bu gün Kassandra münasibəti göstərilən elmin proqnozlarını ciddiyə almayan Çin, İtaliya və DST təşkilatı vaxtında qabaqlayıcı tədbirlər görməklə vəziyyətdən çıxa biləcəkkən, indi gecikmiş və radikal addımlar atmağa məcbur olurlar.
    Çin rəvayətindəki böyük qardaş kimi davranan Almaniya isə Koch İnstitunun illər əvvəl hazırladığı hesabatı ciddiyə alıb tədbir gördüyü üçün bu prosesi ən az panika ilə yaşayan ölkə olacaq. Müxtəlif institutlarla əməkdaşlıq nəticəsində hazırlanan hesabatda iqtisadi dəstək proqramları belə əvvəlcədən nəzərə alınır.

    İncəsənətdə mif uydurmağın zərəri bəlkə də yoxdur. Hətta Qalileyin İnkvizisiya məhkəməsində üzr istədikdən sonra “Onsuz da fırlanır” dediyini iddia edən mifdəki kimi, elm tarixində də bəzi miflər uydurmaq onu maraqlı edə bilər.
    Problem mifləri ciddiyə aldıqda başlayır.
    İan Morrisin “sosial inkişaf” anlayışına daxil etdiyi fəaliyyət sahələrində Karen Armstronqun “Mifin qısa tarixi” əsərində fərqləndirdiyi kimi, “logos” əvəzinə “mythos”-a sığınmaq, həndəsi silsilənin kiçik dəyişikliklərinin nəzarətdən çıxmış böyük fəlakətlər gətirəcəyi anlarda çarəsiz qalmaq mənasına gəlir.
    Operativ müdaxilənin nəticəsi. Epidemiyaya qarşı “bu gün” (qırmızı) və bir həftə sonra (sarı) alınan tədbirlərin qarşısını alacağı yoluxma sayı. Mənbə: The New York Times qəzeti.
    Operativ müdaxilənin nəticəsi. Epidemiyaya qarşı “bu gün” (qırmızı) və bir həftə sonra (sarı) alınan tədbirlərin qarşısını alacağı yoluxma sayı. Mənbə: The New York Times qəzeti.

    Operativ müdaxilənin nəticəsi. Epidemiyaya qarşı “bu gün” (qırmızı) və bir həftə sonra (sarı) alınan tədbirlərin qarşısını alacağı yoluxma sayı. Mənbə: The New York Times qəzeti.
    Operativ müdaxilənin nəticəsi. Epidemiyaya qarşı “bu gün” (qırmızı) və bir həftə sonra (sarı) alınan tədbirlərin qarşısını alacağı yoluxma sayı. Mənbə: The New York Times 

    Oxunub: 502
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.