Azərbaycan MN Ermənistan rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.
Nazirlikdən Globall.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: