Saakaşvili bu gün məhkəmə qarşısına çıxarılacaq
Gürcüstanınn həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Tiflis şəhər məhkəməsində sabah (red.- 15 noyabr) keçiriləcək məhkəmə prosesində iştirak etmək istəyir və bunun üçün bütün prosessual əsaslar mövcuddur.
Globall.az xəbər verir ki, bu sözləri Saakaşvilinin vəkili Beka Basiliya deyib.
Vəkilinin sözlərinə görə, məhkəmədən bununla bağlı məhkuma sorğu göndərilib.
Qeyd edək ki, eks-prezident M.Saakaşvili dövlət büdcəsinin mənimsənilməsində ittiham edilir.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: