ŞUŞADAKI TERROR KORTƏBİİ DEYİL - Gizli detallar üzə çıxır.../FOTOLAR

"Realist" informasiya agentliyinin (realtribune.ru) şəbəkə resursunun səhifələrində Norayr Mirzoyan məhz "qəhraman" kimi təqdim edilir və onun simasında təklif olunur ki, "Dağlıq Qarabağın bütün fermerlərinə özünümüdafiə üçün silah paylanılsın".
90-cı illərdə olduğu kimi, Rusiyanın qeyri-rəsmi mediası Qarabağ ermənilərini yenidən “zərərçəkmiş” tərəf kimi qələmə vermək, münaqişədə artıq bağlanmış səhifəni açaraq, sülməramlıların sayəsində "əlavə vaxt" qazanmaq niyyətindədir. Həmin medianın ortaya atdığı "qisas" motivi də terrorçuya bəraət qazandırmaq üçün alibi sayıla bilər.
Bir qədər sonra Ermənistan KİV-ləri özləri bəyan etdilər ki, Mirzoyan Şuşa ətrafında təxribat törətməyə cəhd göstərən zaman məhv edilmiş Martik Yeremyanın qardaşı deyil.
Nəticə etibarilə müharibənin bitməsindən bir il keçəndən sonra, üçüncü qüvvələr ərazidə erməni terrorunun yenidən baş qaldımasına qarşı verilən cavaba və hətta Rusiya sülhməramlılarının buna reaksiyasına, Mirzoyan kimilərin hansı qanunvericilik qarşısında cavab verməsi mexanizminə aydınlıq gətirmək və şəbəkə rəyləri əsasında hər iki dövlətdə içtimai rəyi öyrənmək üçün yenidən hibrid terror və mediaterror təxribatına əl atdı. Bu addımla hərbi və siyasi qarşıdurma tamamilə yeni müstəviyə keçdi.../azvizion.az
Hans Kloss
Oxunub: 130
Xəbəri paylaş
Paylaş:





















